Avtomobildə dərman preparatları aşkarlandı
Avtomobildə dərman preparatları aşkarlandı
20 Sentyabr 2019 13:38 SosialŞimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ - 21065" markalı avtomobilə gömrük baxışı keçirilib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən "Olayar"a verilən məlumata görə, yoxlama nəticəsində avtomobilin ön sağ və sol tərəflərinin üst hissəsindəki qanadların arxasında olan boşluqlarda gömrük nəzarətindən gizlədilən 4060 kapsul "Samyun Wan" adlı dərman preparatı aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31