Məşhur müğənni: “Həyat yoldaşını döyməyən kişi deyil” - VİDEO

Məşhur müğənni: “Həyat yoldaşını döyməyən kişi deyil” - VİDEO

"Hər kişi öz həyat yoldaşı ilə istədiyi hər şeyi edə bilər"

Mərakeşdə "Kotbi Tonight" verilişi məşhur müğənninin sözlərinə görə 3 həftəlik bağlanıb.

Adil El Miludi adlı tanınmış müğənni çıxdığı verilişdə həyat yoldaşını döyməyin, öldürməyin normal olduğunu və bunu hər bir kişinin edə biləcəyini deyib.

Müğənninin çıxışı zamanı şounun digər qonaqları onun bu dediklərini gülüşlə qarşılayıblar.

Miludi "həyat yoldaşını döyməyən kişi deyil" deyərək fikirlərini müdafiə edib.

Şounun aparıcısı bütün dünyada bunun qadağan olduğunu vurğulayıb. Miludi isə dediklərində təkid etməyə davam edib:

"Mərakeşdə bu normaldır. Hər kişi öz həyat yoldaşı ilə istədiyi hər şeyi edə bilər, onu döyə bilər, öldürə bilər".

AzNews.az

=

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31