Bakıdakı məşhur dönərxana BAĞLANDI
Bakıdakı məşhur dönərxana bağlandı
19 Sentyabr 2019 16:35 SosialBakıda məşhur "BİR-İKİ" dönərxanada baş vermiş zəhərlənmə ilə əlaqədar araşdırmalara başlanılıb.
Olaylar.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bildirib ki, agentliyin 1003 Çağrı Mərkəzinə daxil olmuş məlumat əsasında adıçəkilən ictimai iaşə müəssisəsində Agentlik əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:
"Hazırda araşdırma davam etdirilir, ictimai iaşə müəssisəsində istifadə olunan qida məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim olunub.
Araşdırmanın nəticələrinə uyğun olaraq qanunvericilik çərçivəsində müvafiq tədbirlərlər görüləcək".
Qeyd edək ki, sosial şəbəkədə tez-tez "BİR-İKİ" dönərxanada zəhərlənmələrlə bağlı məlumat yayılırdı. Bunun səbəbi köhnə ət və tərəvəzlərdən hazırlana dönər olub.