Azərbaycan Televiziyasının daha bir yeni layihəsi - “ANALAR AKADEMİYASI”
Azərbaycan Televiziyasının daha bir yeni layihəsi - “ANALAR AKADEMİYASI”
19 Sentyabr 2019 16:10 Sosial"Analar Akademiyası" layihəsi gənc analar və ana olmağa hazırlaşan xanımlar üçün maarifləndirici olmaqla yanaşı, eyni zamanda, uşaq tərbiyəsində önəmli rol alan məqamların təbliği və analığın ən gözəl tərəflərini göstərən, daha diqqətli və bilikli ana olmağa səsləyən bir verilişdir.
35 dəqiqə davam edən verilişdə analar üçün ən aktual olan mövzuların müzakirəsində mütəxəssislər, yaradıcı, sosial həyatı aktiv olan analar və bəzən həkimlər qonaq olur.
Veriliş həftə içi 5 gün 11.20-də efirə çıxır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31