“Kartof festivalı”nda kütləvi zəhərlənmə
“Kartof festivalı”nda kütləvi zəhərlənmə
19 Sentyabr 2019 14:44 Sosialİsmayıllı rayonunda kütləvi zəhərlənmə olub. İsmayıllının Talıstan kəndində keçirilən "Kartof festivalı"nda iştirak edən Bəxtira Mayilova, Natavan Nəcəfova, Yeganə Məmmədova, Aytac Rəcəbova, Amil Quliyev, Əlibaba Quliyev, Cavad Allahverdiyev adlı şəxslərin halı qəflətən pisləşib. "Olaylar" xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, zəhərlənmə ehtimalı olan həmin 7 nəfər İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar: "Baş həkim Aydın Əsədovun verdiyi məlumata görə, müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evlərinə buraxılacaqlar. Hadisə barədə polis və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib". Hazırda faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31