Nöqsana yol vermiş hakimlərin fəaliyyəti araşdırılacaq

Nöqsana yol vermiş hakimlərin fəaliyyəti araşdırılacaq

Azərbaycanda ciddi nöqsanlara yol vermiş bəzi hakimlərin fəaliyyəti yerində öyrəniləcək. Bu barədə Məhkəmə-Hüquq Şurasının toplantısında qərar verilib. Lakin fəaliyyəti araşdırılacaq hakimlərin adları açıqlanmayıb.

Xatırladaq ki, ötən gün keçirilən iclasda Şura tərəfindən hakimlər barədə başlanılmış intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərinin kobud pozulmasına və korrupsiyaya şərait yaradan, süründürməçiliyə və digər neqativ hallara yol verdiklərinə görə 6 hakim intizam məsuliyyətinə cəlb edilib, o cümlədən Bərdə rayon məhkəməsinin hakimi Seyfəli Seyfullayevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi barədə qərar qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31