"Adam evində ayaqqabı ilə oturur?"
"Adam evində ayaqqabı ilə oturur?"
19 Sentyabr 2019 14:05 Sosial"Yalandan ev, maşın göstərirlər. Deyirlər, toya gedirəm, bununla özlərini yekə tuturlar. Toy sənət deyil. Mübariz Tağıyev toya getmir, amma sənəti var".
Olaylar.az xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov "Hər şey daxil" verilişində deyib. Müğənni sosial şəbəkədə məşhurlaşan ifaçıları tənqid edib:
"Paylaşırlar şəkil, müğənni evində ayqqabı ilə oturub. Adam evində ayaqqabı ilə oturur? İnstaqramda nəsə paylaşırlar, 5 min bəyəni gəlir. Gedin konsert verin o sizi bəyənənlərin 2 mini gəlsin izləməyə. Saxta işlərlə insanları çaşdırmayın.
Bu axının səbəbkarı sponsorlardır. Yeni gələndə başqa cür olurlar, sonra dəyişirlər. Bu da bizim millətə xas olan haldır".
axşam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31