Rektor Prezident təqaüdçüləri ilə görüşüb
Rektor Prezident təqaüdçüləri ilə görüşüb
19 Sentyabr 2019 14:00 SosialBakı Dövlət Universitetinin (BDU) rektoru ElçinBabayev 2019/2020-citədrisilinin tələbə qəbulu imtahanlarında ən yüksək nəticələr göstərmiş və Prezident təqaüdünə layiq görülmüş Hüquq fakültəsinin tələbələri ilə görüşüb. Olaylar.az bildirir ki, universitetin 100 illiyinintamamında onun bir üzvünə çevrilməyin şərəfindən danışan rektor Prezident təqaüdçülərini təbrik edib, təhsil və tədrisdə uğurlar arzulayıb. Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilə və elmə göstərdikləri diqqət və qayğıdan danışan rektor Elçin Babayev təqaüdçü tələbələrin savadlı, elmli, bacarıqlı bir mütəxəssis kimi yetişəcəklərinə, fəaliyyətlərində vətənpərvərlik, dövlətçilik prinsiplərini əsas tutacaqlarına, eyni zamanda, Bakı Dövlət Universitetinin adına hər zaman şərəf və şöhrət gətirəcəklərinə inandığını söyləyib.
Rektorun tələbələrin tədris təcrübələrininmüvafiq elmi mərkəzlərdə təşkili, elmi tədqiqatların və təhsilin keyfiyyətininyüksəldilməsi məqsədilə bir sıra laboratoriyaların və auditoriyaların əsaslı təmiri, müasircihaz və avadanlıqlarla təchiz edilməsi istiqamətində də müvafiq işlər görüldüyünü qeyd edib. Rektor yataqxana binasının yenidən qurulduğunu, tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılması üçün yeməkxana kompleksinin müasir standartlara cavab verən vəziyyətə gətirildiyini və keyfiyyətli qida ilə təmin edildiyini də diqqətə çatdırıb. Tələbələrə imtahan sessiyası, onun təşkili və keçirilmə formaları haqqında məlumat verən Elçin Babayev bildirib ki, istək və arzuları, təklif və problemləri olacağı təqdirdə Əsas tədris binasında qoyulmuş xüsusi qutu və universitetin rəsmi bsu.edu.az saytının "Tələbədən rektora" bölməsi vasitəsilə yazılı müraciət edə bilərlər.
Sonra Elm və innovasiyalar üzrə prorektor Aydın Kazımzadə, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor İradə Əliyeva, Rektorun Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşaviri Əliş Ağamirzəyev çıxış edərək tələbələri təbrik edib, uğurlar arzulayıblar. Tələbələr adından çıxış edən Prezident təqaüdçüsü Seyidbəyim Hüseynova görüş və səsləndirilən dəyərli fikirlər üçün təşəkkürünü bildirib.