Millət vəkili: "Əhalinin məşğulluğu ilə bağlı hələ də problemlər qalmaqdadır"

Millət vəkili: "Əhalinin məşğulluğu ilə bağlı hələ də problemlər qalmaqdadır"

Azərbaycanda sosial müəssisələrlə bağlı qanun layihəsinin qəbuluna ehtiyac var. "Olaylar" xəbər verir ki, bu təkliflə millət vəkili,  parlamentin Əmək və sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev çıxış edib. Millət vəkili əhalinin məşğulluğu məsələsinə toxunaraq, bu yöndə problemlərin qaldığını deyib: "Əhalinin məşğulluğu məsələsində böyük addımların atılmasına baxmayaraq, hələ də problemlər qalmaqdadır. Odur ki,  bizdə də dünyada mövcud olan əmək müəssisələri ilə bağlı qanun layihəsinin hazırlanması, müzakirələrə çıxarılması və qəbuluna ehtiyac var. Bizdə də bu qanun olmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31