Hansı deputatın pensiyası artıb?

Hansı deputatın pensiyası artıb?

Komitə sədri: "Söhbət o sabiq deputatlardan gedir ki..."

"2019-cu ilin yanvarında sabiq deputatların pensiyaları artıb.  Söhbət o sabiq deputatlardan gedir ki, qanunla əmək pensiyası  yaşı çatıb və bu artım onlara aiddir". Bu fikirləri Milli Məclisin Əmək və sosial  siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib. Komitə sədri əlavə edib ki, həmin artımın ödənilməsi gözlənilir: "Bu ilin  sentyabr ayının 25-dən  etibarən təqaüd yaşına çatan sabiq deputatların pensiyasının ödənilməsi gözlənilir".

Hadı Rəcəbli bildirib ki, bu artım parlamentdə olan və təqaüd yaşına çatan deputatlara aid deyil: "Bu artan pensiyanı parlamentdə olan və təqaüd yaşına çatan deputatlar almayacaq. Çox vaxt bu məsələlər ictimaiyyətə yanlış olaraq təqdim olunur. Bunun parlamentdə olanlara aidiyyatı yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31