Vergilər naziri 3 rayonun vətəndaşlarını qəbul edəcək
Vergilər naziri 3 rayonun vətəndaşlarını qəbul edəcək
19 Sentyabr 2019 12:24 SosialVergilər naziri Mikayıl Cabbarov sentyabrın 25-də Şamaxı şəhərində yerləşən 4 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (ünvan: Şamaxı şəhəri, Bakı-Qazax yolunun 118-ci km-liyi) Şamaxı, Ağsu və Qobustan rayonlarının sakinlərini qəbul edəcək. Nazirlikdən "Olaylar"a bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar 18-23 sentyabr 2019-cu il tarixlərində 4 saylı Ərazi Vergilər İdarəsinə, habelə Ağsu və Qobustan rayonları vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin "195-1" Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.