12-ci Beynəlxalq İstilik, havalandırma sərgisi olacaq

12-ci Beynəlxalq İstilik, havalandırma sərgisi olacaq

22-25 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 12-ci Beynəlxalq istilik, havalandırma, kondisionerləşdirilmə, su təchizatı, santexnika və üzgüçülük hovuzu "Aquatherm Baku" sərgisi baş tutacaq.

Olaylar.az bildirir ki, sərgi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən dəstəklənir.

"Aquatherm Baku 2019" sərgisi kondisionerləşdirmə, havalandırma, istilik və su təchizatı, eləcə də havanın emalı və təmizlənməsi sahəsində hər il keçirilən ixtisaslaşmış sərgidir. İştirakçıların 36% yerli eksponentlərdir. Ənənəvi iştirakçılar arasında aşağıdakı şirkətlər yer alır: Azertexnolayn, Anadolu Kafkas Insaat San. ve Tic. A.S., Polymart, Euroclima, Newcond, Yusi Ko, Turan Makina və s.

Sərgidə xarici iştirakçılar sırasında bu il Çex Respublikası, Çin, İtaliya, Livan, Rusiya, Türkiyə, və digər ölkə nümayəndələri yer alacaq. Sərginin debütantı qismində havalandırma sistemlərini təqdim edən Səudiyyə Ərəbistanı çıxış edir. Həmçinin Udmurt Respublikası da sərgidə öz regional stendi ilə çıxış edəcək.

"B2B" formatlı görüşlərin, o cümlədən seminar, müsabiqə, təqdimat zonası və bir sıra digər tədbirlərin daxil olduğu dolğun işgüzar və əyləncə proqramı ilə müşayiət olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31