Penitensiar xidmətdə breyn-ring intellektual bilik yarışı kecirilib
Penitensiar xidmətdə breyn-ring intellektual bilik yarışı kecirilib
19 Sentyabr 2019 11:44 SosialƏdliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının 2-ci Atıcı bölüyündə Bakı şəhər İdman Baş İdarəsinin təşkilatçılığı ilə həqiqi hərbi xidmət keçən hərbi qulluqçular arasında dama, şahmat və breyn-ring intellektual bilik yarışları kecirilib. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, əsgərlər arasında mənəvi və döyüş keyfiyətlərinin artırılması, onların asudə vaxtlarının səmərəli kecirilməsi məqsədilə təşkil edilmiş yarışlarda Mühafizə Alayının 2,3,9 və 18 saylı atıcı bölüklərinin həqiqi hərbi xidmət keçən hərbi qulluqçuları iştirak etmişlər. Tədbirin sonunda qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31