Millət vəkilindən İctimai Şuralarla bağlı AÇIQLAMA

Millət vəkilindən İctimai Şuralarla bağlı AÇIQLAMA

"Ayrı-ayrı icra orqanlarında və təhsil müəssisələrində İctimai Şuraların yaranması ictimaiyyətlə əlaqələrin inkişafı baxımından müsbət effekt versə də, arzuolunan nəticələrə hələ də gətirib çıxarmadı". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa qoyub. Onun sözlərinə görə, xüsusilə də bu İctimai Şuraların peşəkar ekspertlərlə əhatə olunma göstəriciləri ürəkaçan səviyyədə olmadı: "Ancaq son günlərdə Təhsil Nazirliyinin yanında İctimai Şuranın formalaşması zamanı tamamilə peşəkar ekspertlərin bu qurumda yer alması cəmiyyət həyatımızın bu mühüm sahəsində müsbət dönüş yaradılmasına ümidlərimizi artırdı. Xüsusilə də dəyərli alimlərimiz Şahlar Əsgərovun və təhsil eksperti institutunun yaradıcılarından olan Etibar Əliyevin bu quruma seçilməsi nikbin olmağa əsas verir. Çünki həm sosial şəbəkələrdə, həm də ölkənin elm və təhsil həyatında olduqca aktiv vətəndaş mövqeyi sərgiləyən hər iki şəxsin təklif və təşəbbüsləri yetərincə çoxdur və elə bunları dəyərləndirmək kifayətdir ki, təhsil sistemimizdəki nöqsanların xeyli hissəsi azalsın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31