İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edilir

İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edilir

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə "Uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulması" adlı yeni 388-2-ci maddə əlavə edilir. "Olaylar"ın Milli Məclisdən əldə etdiyi məlumata görə, sözügedən qanun layihəsi  "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunun icrası ilə əlaqədar hazırlanıb. Belə ki, İnzibati Xətalar Məcəlləsinə təklif olunan əlavədə  uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına görə fiziki şəxslərin beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslərin min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslərin üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilməsi  nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31