Ailə və uşaqlarla bağlı bir sıra qanunlarda dəyişiklik ediləcək

Ailə və uşaqlarla bağlı bir sıra qanunlarda dəyişiklik ediləcək

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi parlamentin payız sessiyasında bir sara qanun layihələrinin müzakirəsini planlaşdırır. Komitədən  "Olaylar"a bildirilib ki, bunlar ikinci oxunuşda təqdim edilmiş "Uşaq hüquqları haqqında", "Narkoloji xidmət və nəzarət haqqında", "Gənclər siyasəti haqqında", "Yetkinlik yaşına çatmayanların  baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında", "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında" və "Təhsil haqqında" qanunlara, "Məişət zorakılığının qarşısının alınması haqqında", "Sosial xidmət haqqında", "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının  təmin edilməsi haqqında" və "Peşə təhsili haqqında" qanunlara təklif olunan dəyişikliklər bu sənədlərin "Psixoloji yardım haqqında" qanun layihələridir. Həmçinin "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Uşaq hüquqları haqqında", "Təhsil haqqında", "Reklam haqqında" və  "Məktəbəqədər təhsil  haqqında"  qanunlarda dəyişiklik edilməsi barədə (1-ci oxunuş), "Kinematoqrafiya haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Nəşriyyat işi haqqında", "Televiziya və radio yayımı haqqında", "İctimai televiziya və radio yayımı haqqında", "Telekommunikasiya haqqında"  və "Teatr və teatr fəaliyyəti haqqında" qanunlarda dəyişiklik edilməsi barədə (1-ci oxunuş) məsələlərə baxılıb. Bildirildi ki, bu qanunların "Uşaqların zərərli informasiyadan qorunması haqqında" 2018-ci il 30 oktyabr tarixli qanuna uyğunluğunu təmin etmək üçün bir sıra maddələrdə müvafiq düzəlişlər aparılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31