Nigar Camalın səhnə geyimi tarixə düşdü - FOTO
Nigar Camalın səhnə geyimi tarixə düşdü - FOTO
18 Sentyabr 2019 17:53 SosialNigar Camalla Eldar Qasımovun "Eurovision"da qalib olarkən geyindiyi səhnə kostyumları Milli Azərbaycan Tarix Muzeyində sərgilənəcək.
XəzərXəbər xəbər verir ki, bu barədə Nigar Camal məlumat verib.
O, bildirib ki, bu xəbər onu çox sevindirib: "Bu, bizim üçün şərəfdir. "Eurovision" qalibiyyətimizi və imzalarımızı əks etdirən açıqca və bəzi şəxsi əşyalarımız artıq Dövlət Azərbaycan Tarixi Muzeyində öz yerini tapacaq. Minnətdaram! Bu, bizim tariximizdir, bu hamımızın tarixidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31