Sarımsağın içərisində heroin keçirmək istədi
Sarımsağın içərisində heroin keçirmək istədi
18 Sentyabr 2019 16:54 SosialPenitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Allahverdiyev Ceyhun Yusib oğluna atası Bakı şəhər sakini Allahverdiyev Yusib Baba oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sarımsaq olan paketin içərisində gizlədilmiş sellofan bükülülərdə 0.275 qram narkotik maddə - heroin aşkar edilmişdir. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31