Bərdə rayon Məhkəməsinin hakimi işdən çıxarıldı
Bərdə rayon Məhkəməsinin hakimi işdən çıxarıldı
18 Sentyabr 2019 16:08 SosialBərdə rayon Məhkəməsinin hakimi vəzifəsindən azad olunub.
Seyfəli Seyfullayevin vəzifəsindən azad olunması barədə qərar Məhkəmə-Hüquq Şurasının bu gün keçirilən iclasında açıqlanıb.
Bildirilib ki, Seyfəli Seyfullayevin başqa işə keçməsi ilə bağlı belə qərar qəbul edilib.
Qeyd edək ki, Seyfəli Seyfullayev 2017-ci ildə Bərdə rayon Məhkəməsinə hakim təyin olunub.
Bundan əvvəl isə o, Ağdaş və Zaqatala rayon Məhkəmələrində hakim, 1992-2000-ci illərdə isə Bakının Nizami rayon İcra Hakimiyyəti Hüquq şöbəsinin hüquqşünası vəzifələrində çalışıb.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31