Məcburi köçkünlərə yataqxanada səyyar xidmət göstərilib

Məcburi köçkünlərə yataqxanada səyyar xidmət göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq  Xidməti, Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nəsimi rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada Məşğulluq Mərkəzlərinə gəlmək imkanı olmayan şəxslər üçün səyyar xidmət göstərilib. Səyyar xidmətin məqsədi özünüməşğulluq proqramı və digər aktiv məşğulluq tədbirlərinin təbliğ olunması, layihələrə qoşulmaq istəyənlərin qeydiyyatının aparılması olub. Nəsimi rayon İcra Hakimiyyətindən "Olaylar"a bildirilib ki, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq  Xidmətinin əməkdaşları ilə birgə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edib. Səyyar xidmət zamanı məcburi köçkünlərə Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən özünüməşğulluq layihəsi barədə məlumat verilib, proqramın kiçik sahibkarlığa çıxış imkanı yaratdığı və aztəminatlı ailələrin büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşdırılmasında mühüm rol oynadığı bildirilib. Daha sonra özünüməşğulluq proqramı və peşə hazırlığı üçün müraciət edən şəxslərin yerindəcə qeydiyyatı aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31