Deputat: "Autizm xəstəliyi ilə bağlı ayrıca dövlət proqramı qəbul edilməlidir"

Deputat: "Autizm xəstəliyi ilə bağlı ayrıca dövlət proqramı qəbul edilməlidir"

"Autizm xəstəliyi ilə bağlı Dövlət Proqramının qəbulunun tərəfdarıyam". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Kamilə Əliyeva qeyd edib ki, dünyada olduğu kimi, Azərbaycanda da son illər  autizm xəstəliyindən əziyyət çəkənlərin sayında artlm müşahidə olunur. Bu baxımdan millət vəkili hesab edir ki, bu xəstəliyin daşıyıcıları ilə bağlı məsələyə daha ciddi diqqə ayrılmalıdır: "Hesab edirəm ki, bu xəstəliklə bağlı ayrıca Dövlət Proqaramı qəbul olunmalıdır. Buna ciddi ehtiyac var. Həmçinin, autizmli xəstələrlə bağlı bəzi psixoloji yardım mərkəzlərində qiymətlərin tənzimlənməsinə ehtiyac var. Çünki bir çox mərkəzlərdə elə qiymətlər qoyulur ki, insanlar üçün onu qarşılamaq çox çətin olur.  İnsanların heç də hamısı bu vəsaiti ödəmək imkanlarına malik deyillər. Ona görə bu məsələdə də ciddi addımlar atılmalıdır".

Millət vəkili eyni zamanda, dərman preparatlarının reklamı məsələsinə toxunub.Qeyd edib ki, hələ də telekanallarda dərman preparatlarının geniş reklamı gedir: "Hesab edirəm ki, bunların da qarşısı alınmalıdır. Hətta, lazım gələrsə, "Reklam haqqında" qanuna yenidən növbəti dəyişiklikləri nəzərdə tutan qanun layihəsi qəbul edilməlidir. Düzdür, mövcud qanunda bu məsələ var, amma o bir qədər də sərtləşdirilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31