Qənirə Paşayevadan bir sıra xəstəliklərlə bağlı təklif
Qənirə Paşayevadan bir sıra xəstəliklərlə bağlı təklif
18 Sentyabr 2019 14:09 Sosial"Məktəblərdə şagirdlər arasında bu gün iki ciddi problem, iki ciddi xəstəlik müşahidə olunmaqdadır, biri skolioz, biri də kifozdur. Bu xəstəliklərin, xəstələrin sayı artmağa başlayıb. Bu, çox qorxulu və təhlükəli bir tendensiyadır". "Olaylar" xəbər verir ki, bunu millət vəkili, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Qənirə Paşayeva deyib. Onun sözlərinə görə, bu xəstəliklərin əməliyyatlarının qiymətləri da çox bahadır və müalicə üçün çox zaman əməliyyatların həyata keçirilməsi zərurəti yaranır: "Ona görə bu məsələyə çox ciddi diqqət və maliyyə vəsaiti ayrılmalıdır".
Q.Paşayeva eyni zamanda deyib ki, anemiyadan əziyyət çəkən insanların sayının artması insanların sağlamlığı üçün təhdiddir: "Buna görə də bu məsələnin həllinə nail olmaq lazımdır...". Millət vəkili bu yöndə dinləmələrrin keçirilməsinə də ehtiyac olduğunu söyləyib: "Hesab edirəm ki, bu məsələ ilə bağlı dinləmələr keçirilməlidir". Millət vəkili həmçinin, reproduktiv sağlamlıqla bağlı məsələnin həllini tapmasının vacibliyini vurğulayyıb. Qeyd edib ki, bu yöndə qanun layihəsinin müzakirələrə çıxarılmasına və qəbuluna ciddi ehtiyac var: "Bu qanun layihəsinin qəbuluna ehtiyac gündən-günə artmaqdadır. Hesab edirəm ki, artıq bununla bağlı qanun layihəsi parlamentin payız sessiyasının müzakirələrinə çıxarılmalıdır. Cəmiyyət, xüsusilə də, illərdir övlad həsrətində olan insanlar, ailələr bu qanunun qəbul olunacağı günü gözləyirlər. Övladsızlıq bir çox ailələrin sonda dağılması, parçalanması ilə nəticələnir. Ona görə də artıq həmin insanları sevindirmək, bu yöndə qanun layihəsini müzakirələrə çıxarıb, qəbul etmək lazımdır". Q. Paşayeva daha sonra vərəm xəstələri ilə bağlı məsələyə toxunaraq, bildirib ki, xüsusilə də, bu xəstəlikdən əziyyət çəkən insanların əlillik problemi öz həlli tapmalıdır.