“İcbari tibbi sığorta haqqında” qanuna yenə də dəyişdirilir
“İcbari tibbi sığorta haqqında” qanuna yenə də dəyişdirilir
18 Sentyabr 2019 13:46 Sosial"İcbari tibbi sığorta haqqında" qanuna yeni dəyişikliklər edilməsi nəzərdə tutulur. "Olaylar" xəbər verir ki, bunu millət vəkili, Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib. Komitə sədri qeyd edib ki, gələn ilin yanvarın 1-dən bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanılacaq, bu səbəbdən də, mövcud qanunvericiliyə növbəti dəyişikliklərin edilməsi zərurəti yaranıb. Komitə sədri həmçinin, yaxın zamanlarda gələn ilin dövlət büdcəsinin müzakirələrinin başlanılacağını xatırladaraq bildirib ki, icbari tibbi sığortaya daha çox vəsait ayrılmalıdır: "Mən deyərdim ki, bu vəsait kəskin şəkildə artırılmalıdır. Çünki icbari tibbi sığortanın tətbiqi üçün böyük vəsait tələb olunur və bu məsələ mütləq büdcədə nəzərə alınmalıdır".