Meyitdən də orqan köçürülməsi mümkün olacaq

Meyitdən də orqan köçürülməsi mümkün olacaq

"İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında" yeni qanun layihəsi artıq hazırdır. Qanun layihəsini bütün müvafiq qurumlara göndərmişik. Onlardan müsbət rəy almışıq. Bu qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə ediləcək. Adətən payız sessiyasında büdcənin müzakirəsini aparırıq. Ancaq çalışacağıq ki, bu sessiyada müzakirəyə çıxaraq". Bu fikirləri millət vəkili, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib. Komitə sədri bildirib ki, belə bir qanun Azərbaycanda əvvəllər də olub: "Ancaq parktik olaraq  işləməyib. Öncə o qanun layihəsində dəyişiklik etmək istədik. Ancaq gördük ki, məsələ təkcə dəyişikliklə başa gəlmir. Ona görə də yeni qanun layihəsi hazırladıq. Bu, çox vacib məsələdir. Həm meyitdən, həm də sağlam insandan orqan köçürülməsi həyata keçiriləcək. Ümumilikdə bu qanun layihəsində orqan transplantasiyasında olan bütün problemlər öz əksini tapıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31