Bağ evlərinə qənim kəsilənlər ələ keçiblər

Bağ evlərinə qənim kəsilənlər ələ keçiblər

Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri saxlanılıblar. DİN-dən "Olaylar"a bildirilib ki, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 15-də Qurd dərəsi bağlar sahəsindəki evlərin birindən məişət əşyaları və inşaat materialları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - S.Cəfərov və E.Qasımov saxlanılmışlar. Ətraflarında aparılmış tədbirlərlə onların daha 3 həyətyanı sahədən məişət əşyaları, 1 evdən isə təmir-tikinti alətləri, məişət əşyaları və inşaat materialları oğurlamaları da müəyyən edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31