Həyətin darvazasını oğurlamaq istədi
Həyətin darvazasını oğurlamaq istədi
17 Sentyabr 2019 15:44 SosialOğurluğa cəhd göstərmiş Binə qəsəbə sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Xəzər RPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 16-da Binə qəsəbəsinin ərazisindəki həyətlərdən birinin darvazasını "Qazel" markalı avtomobillə oğurlamağa cəhd göstərmiş qəsəbə sakini A.Nəsibov saxlanlılmışdır. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31