32 il sonra bir araya gəlib, müəllimlərinin görüşünə getdilər
17 Sentyabr 2019 15:44 SosialSosial şəbəkədə Elçin Mirzəyev adlı bir nəfərin paylaşdığı videoçarx böyük maraqla qarşılanıb. O 32 il sonra məktəb müəlliminin görüşünə gedib və bu kövrək anları paylaşıb: "Nəhayət 32 il sonra yenidən, məktəbin həyətində sinif yoldaşlarımi bir araya toplaya bildim,ilk ibtidai sinif muəliməmiz Şövkət müəllimənin ziyarətinə getdik. Çox gözəl duyğusal anlar yaşadıq.
Zaman öz işini görür,müəlliməmiz yaşlanib,çox sevinmişdi hər birimizi öz balası kimi bağrına basib qucaqladı,göz yaşlarını tuta bilmirdi,onun bu qədər kövrələcəyi ağlıma gəlməzdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31