Yerin təkindən necə istifadə etmək mümkün olacaq?
Yerin təkindən necə istifadə etmək mümkün olacaq?
17 Sentyabr 2019 13:51 SosialAzərbaycanda yerin təkindən istifadə ilə bağlı məhdudiyyət müəyyənləşib."Olaylar" xəbər verir ki, bununla bağlı "Yerin təki haqqında" qanuna dəyişiklik edilir. Dəyişikliyə əsasən, yerin təkindən istifadə hüququ verən icazənin sahibi icazədən yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz. Yerin təkindən istifadə hüququ verən icazənin qüvvəsi icazə sahibinin təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərə, habelə icazənin sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31