“Sputnik” Bakıda Azərbaycanın KİV nümayəndələri üçün “SputnikPro” layihəsinin növbəti moduluna start verir

“Sputnik” Bakıda Azərbaycanın KİV nümayəndələri üçün “SputnikPro” layihəsinin növbəti moduluna start verir

"Sputnik" Beynəlxalq İnformasiya Agentliyi və radiosu Bakıda Azərbaycanın KİV nümayəndələri üçün "SputnikPro" layihəsinin növbəti moduluna start verir.

AZƏRTAC xəbər verir ki, onlayn və çap mətbuatının jurnalistləri ilə görüşdə rusiyalı media-menecer, internet-texnoloq, "Rossiya seqodnya" agentliyinin dövlət internet layihələri müdirliyinin direktor müavini İrina Kedrovskaya iştirak edir.

"Sputnik Azərbaycan" multimedia mətbuat mərkəzində keçirilən "SputnikPro" layihəsinin növbəti görüşü "KİV-lərə məlumatın ötürülməsinin sintetik formatları: imkanlar və vasitələr" mövzusuna həsr olunub.

Dinləyicilər məkan və zaman səddini aşmağa, mövcudluq effekti yaratmağa imkan verən rəqəmsallaşma və multimedianın imkanları ilə tanış olacaqlar.

İrina Kedrovskaya irimiqyaslı internet portalların nümunəsində konkret nümunələri jurnalistlərlə bölüşəcək.

Qeyd edək ki, "Sputnik" Beynəlxalq İnformasiya Agentliyi və radiosunun "SputnikPro" layihəsi jurnalistlər, bu sahəyə uyğun ali məktəblərin tələbələri, mətbuat xidmətlərinin əməkdaşları və mediamühitin digər mütəxəssisləri üçün nəzərdə tutulub, habelə onların xarici həmkarları ilə təcrübə mübadiləsinə, mediakommunikasiyaların və peşəkar əlaqələrinin inkişafına istiqamətlənib. Müxtəlif formatlarda mövcudluğu dövründə layihədə 80-dən çox ölkənin nümayəndələri iştirak ediblər. Əyani aparılan "SputnikPro" ustad dərsləri Belarus, Gürcüstan, Hindistan, Qırğızıstan, Türkiyə və digər ölkələrdə keçirilib. Azərbaycanda "SputnikPro" yeddinci dəfədir ki, təşkil olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31