33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi
33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi
17 Sentyabr 2019 11:36 SosialBakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən 33 nömrəli Uşaq musiqi məktəbinin binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirildi.
Olaylar.az bildirir ki, mərasimdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev dərs ilinin başlanması münasibətilə kollektivi təbrik etdi, yeni uğurlar arzuladı. Nazir Prezident İlham Əliyevin diqqət və qayğısı ilə mədəniyyət sahəsinin inkişaflı istiqamətində əhəmiyyətli layihələrin gerçəkləşdiyini qeyd etdi.
Pedaqoji kadrların musiqi məktəblərinə işə qəbuluna toxunan nazir bildirdi ki, bu prosesin şəffaf şəkildə həyata keçirildiyini bildirdi.
Sonda Əbülfəs Qarayev məktəbin yenidənqurma işində iştirak edən, zəhməti olan hər kəsə təşəkkür etdi.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov çıxış edərək təhsil ocağının təmirində əziyyəti olan hər kəsə təşəkkürünü bildirdi.