Xəzərin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının VI tərəflər konfransına hazırlıq Komitəsinin görüşü keçirilir

Xəzərin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının VI tərəflər konfransına hazırlıq Komitəsinin görüşü keçirilir

Bakıda Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının VI tərəflər konfransına hazırlıq Komitəsinin görüşü keçirilir. 

Olaylar.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirib ki, görüşdə beş Xəzəryanı ölkənin səlahiyyətli nümayəndələri iştirak edir:

"Tədbirin keçirilməsində məqsəd 6-8 noyabr 2019-cu il tarixində Bakıda keçiriləcək Konvensiyanın tərəflər konfrasının sənədlərinin razılaşdırılması və təqdim edilməsi üçün hazırlanmasıdır. Konvensiyanın məqsədi Xəzər dənizinin ətraf mühitinin mühafizəsi, çirklənmədən qorunması, biomüxtəlifliyinin müfazəsi və s. istiqamətlərdə Xəzəryanı ölkələrin əməkdaşlıq çərçivəsini müəyyən etməkdir". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31