“Lukoil” Rusiyada yenidən birinci oldu

“Lukoil” Rusiyada yenidən birinci oldu

"Lukoil" neft şirkəti "Forbes" jurnalı tərəfindən dərc edilən Rusiyanın ən iri özəl şirkətləri reytinqində yenidən birinci olub.

Olaylar.az xarici mediaya istinadən bildirir ki, ötən il şirkətin gəlirləri 8,036 trln. rubl (təxminən 126 mlrd. ABŞ dolları) təşkil edib və şirkətdə qeydiyyatda olan işçilərin sayı 102 min nəfəri ötüb.

Məlumata əsasən, 1,867 trln. rubl (təxminən 29,3 mlrd. dollar) ilə reytinqin ikinci pilləsində "Surgutneftegas" qərarlaşıb. Özəl şirkətlər arasında reytinqin üçüncü yerinə "X5 Retail" qrupu layiq görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31