Ən uzunmüddətli analıq məzuniyyəti hansı ölkədədir?
Ən uzunmüddətli analıq məzuniyyəti hansı ölkədədir?
16 Sentyabr 2019 15:17 SosialRusiyada analıq məzuniyyəti inkişaf etmiş ölkələrlə müqayisədə həm uzun müddətli, həm də tam dövlət hesabınadır.
Olaylar.az xəbər verir ki, bu məlumatı Rusiya İqtisad Universitetinin Kəmiyyət tədqiqat metodları laboratoriyasının rəhbər işçisi Yelena Yeqorova yayıb.
Qeyd edək ki, ölkənin statistikasına görə, orta hesabla analıq məzuniyyətinin müddəti 29 aydır. Qanuna görə isə qadın uşağının 3 yaşı tamam olduqdan sonra işə çıxmalıdır. Bu müddətdə isə qadının həm iş yeri saxlanılmalı, həm də ona Sosial Sığorta Fondundan ödəniş edilməlidir.
Xatırladaq ki, bu vaxt ərzində ananın əmək haqqı da tam ödənilir.
azadinform.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31