Nazir müavini Beyləqanda vətəndaşları qəbul edəcək

Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov 20 sentyabr 2019-cu il tarixində Beyləqan şəhərində 8 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Beyləqan şəhəri, SMD-42 qəsəbəsi) Beyləqan, İmişli, Füzuli, Ağcabədi, Xocavənd və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov 20 sentyabr 2019-cu il tarixində Beyləqan şəhərində 8 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Beyləqan şəhəri, SMD-42 qəsəbəsi) Beyləqan, İmişli, Füzuli, Ağcabədi, Xocavənd və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşlar 16-19 iyun 2019-cu il tarixlərində 8 saylı Ərazi Vergilər İdarəsinə, habelə İmişli və Ağcabədi rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin "195-1" Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31