Millət vəkili Aprel şəhidinin övladlarına məktəb ləvazimatları hədiyyə edib

Millət vəkili Aprel şəhidinin övladlarına məktəb ləvazimatları hədiyyə edib

Milli Məclisin deputatı Pərvin Kərimzadə Aprel şəhidi, kapitan İnqilab Quliyevin ailəsinin ziyarət edib, şəhidin məktəbli övladlarına məktəbli çantası və dərs ləvazimatları hədiyyə edib.

"OLAYLAR" xəbər verir ki, millət vəkili şəhid İnqilab Quliyevin yadigarları Hüseyn və Əyyamı qarşıdan gələn Bilik Günü münasibətilə təbrik edib, onlara dərslərində uğurlar diləyib.

Çay süfrəsi arxasında keçən səmimi söhbət zamanı Pərvin Kərimzadə ölkəmizdə Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində uğurla həyata keçirilən tədbirlərdən danışıb. O bildirib ki, dövlətimiz şəhid ailələrinə hər zaman xüsusi qayğı göstərir. Kapitan İnqilab Quliyevin qəhrəmancasına həlak olduğu Aprel döyüşlərini xatırladan millət vəkili hərbi əməliyyatların bütün dünyaya Azərbaycan Ordusunun gücünün, qələbə əzminin daha bir nümayişi olduğunu qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31