Azərbaycanda təhsil islahatları müsbət nəticəsini verib - MÜNASİBƏT

Azərbaycanda təhsil islahatları müsbət nəticəsini verib - MÜNASİBƏT

Hazırda ölkəmizin və bəşəriyyətin gələcəyi üçün yüksək səviyyəli kadrlar yetişdirilir

Müasir dünya ölkələri, o cümlədən bütün inkişaf etmiş ölkələr təhsili, strateji üstün sahə elan edir və ölkələrinin gələcək inkişafının təhsil sisteminin səviyyəsindən asılı olduğunu etiraf edir. Azərbaycan Respublikası müstəqillik əldə edəndən sonra təhsil sistemində islahatların aparılması zəruriyyəti ortaya çıxdı. Dünyanın bir çox ölkələrində gedən təhsil islahatları Azərbaycana da təsirsiz ötüşmədi, nəticədə ölkəmizdə dünyəvi təhsil sistemi bərqərar oldu. Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Vaqif Abdullayev qeyd edib ki, təhsil millətin, dövlətin və bəşəriyyətin gələcəyidir. Ümummilli liderimiz Heydər Əliyev elmin və təhsilin inkişafını daim diqqət mərkəzində saxlayır, "Azərbaycanın gələcəyi təhsilli insanların çiyinləri üzərində qurulacaq" deməklə bu sahəni beynəlxalq standartlar səviyyəsinə çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edirdi: "Ulu öndərimiz həm təhsilin məzmunu, mahiyyəti, məqsədləri, səmərəli təşkili, müəllim əməyinin şərəfi, şagirdlərin və tələbələrin vəzifələri barədə dəyərli fikirlər söyləmiş, həm də Azərbaycan təhsilinin hərtərəfli yüksəlişi qayğısına qalmış, illər bоyu bu sahədə böyük inkişafa rəvac verən sistemli tədbirlər həyata keçirmişdir. İstər Azərbaycana birinci, istərsə də ikinci rəhbərliyi dövründə Ümummilli lider Heydər Əliyev daim təhsilə, tərbiyəyə strateji sahə kimi baxmış, Vətənin, xalqın tərəqqisində оnların rоluna yüksək qiymət vermişdir". Onun sözlərnə görə,  Ümummilli lider Heydər Əliyevin mütərəqqi ənənələrinə böyük sədaqət nümayiş etdirən Heydər Əliyev Fondu və Fondun prezidenti Mehriban xanım Əliyeva təhsillə bağlı qarşıya mühüm və çox çətin bir missiya qoyaraq bu sahədə əhəmiyyətli dönüşün yaranmasına səbəb olmuşdur. Təhsilə strateji sahə kimi yanaşan Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı, "İnternat məktəblərinin inkişaf proqramı", "Təhsilə dəstək" və digər layihələrin uğurla gerçəkləşdirilməsi Azərbaycan təhsilinin inkişaf etdirərək beynəlxalq səviyyəyə çatmasında mühüm rol oynamışdır: "Mehriban Əliyeva təhsildə saysız-hesabsız uğurlara imza atmışdır. Onun imzası olan ən uğurlu layihələrdən biri "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsidir. 2005-ci ildən başyalaraq həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində 3 mindən artıq məktəb inşa edilib və yenilənib. Həmin proqramı çərçivəsində tikilən və infrastrukturu yerli tələbata və imkana uyğunlaşdırılan bu məktəblər ən müasir avadanlıq, istilik sistemi, zəngin kitabxana, əyani vəsait və kompyuter avadanlığı ilə təchiz olunmuşdur. Azərbaycanın elə bir bölgəsi yoxdur ki, orda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan təhsil kompleksi, təhsil müəssisəsi olmasın. Azərbaycanın Birinci xanımı dərin inam və iradə ilə "Təhsil hamı üçün " devizi ilə həm də təhsilin məzmunca yeniləşdirilməsi, orta ümumtəhsil məktəblərində informasiya texnologiyalarının geniş tətbiqi və digər layihələrin icrası üçün də yorulmadan fədakarcasına çalışır, nüfuzlu beynəlxalq təşkilatlarla bu istiqamətdə sıx əməkdaşlığı möhkəmləndirir. Mehriban xanımın sosial qayğısı və humanizminin coğrafiyası son vaxtlar daha da genişlənib. Hər il Bilik günü ərəfəsində aztəminatlı ailələrin birinci sinifə gedən şagirdləri üçün Fond tərəfindən məktəb ləvazimatları ilə təmin edir. 2019-2020-ci tədris ilində birinci sinfə gedən övladlarına məktəb ləvazimatlarından ibarət hədiyyələrin verilməsi də bu humanizmin təntənəsini nümayiş etdirir. Mehriban xanım yüksək bal toplayan tələbələrin mükafatlandırılmasında, məcburi köçkünlərin, şəhid övladlarının təhsil haqlarının ödənilməsində də öz xeyirxahlığını əsirgəmir, onlara arxa-dayaq olur". Heydər Əliyev Fondu ali təhsil mərkəzlərinə də hər zaman dəstək olub. Ölkəmizin nüfuzlu ali təhsil ocaqlarının təmir və bərpasında Fondun maliyyə dəstəyi hər zaman davamlı xarakter daşımaqdadır. Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın fəaliyyətində təhsilin inkişafına dair proqramların icrası mühüm yer tutur. Heydər Əliyev Fondunun təhsillə xüsusi diqqət ayırması, təhsi siyasətinə verilən dərin töhfə də məhz Mehriban Əliyevanın xidmətlərinin nəticəsidir. Onun bəyan etdiyi kimi müasir dünyada hər bir ölkənin inkişafı, dünya birliyinə inteqrasiyası üçün təhsilin rolu əvəzsizdir: "Məhz buna görə Heydər Əliyev Fondu yarandığı ilk gündən təhsilə yardımı öz fəaliyyətinin prioritet istiqaməti elan etmişdir".

O, əlavə edib ki, Heydər Əliyev Fondunun Azərbaycanla məhdudlaşmır, Fond dünyada təhsilin inkişafına dəstək verməklə beynəlxalq donora çevrilib. Qlobal aləmdə Fondun rəhbəri Mehriban Əliyevanı elm və təhsil sahəsində humanizm çarçısı, xeyriyyəçilik və nəcib əməllər sahibi kimi tanıyırlar. Fondun təhsillə bağlı xeyriyyəçiliyi ölkə hüdudlarını aşaraq geniş coğrafiyası əhatə etməkdədir: "Gürcüstanda yaşayan azərbaycanlıların təhsillə bağlı problemlərinin həlli, Moskvada, Avropanın bir çox bölgələrində, Amsterdamda Azərbaycan məktəblərinin fəaliyyətə başlaması Mehriban xanımın fədakar əməyinin bəhrəsidir. Heydər Əliyev Fondunun "Təhsilə dəstək" layihəsi çərçivəsində Gürcüstan, Misir, Rumıniya, Rusiya Federasiyası, Pakistan və Hollandiyada bir sıra məktəblər yenidən qurulmuş və əsaslı təmir olunmuşdur. Pakistanın Müzəffərabad şəhəri Rara ərazisində zəlzələdən dağılmış qızlar məktəbinin əvəzində onlar üçün yeni tədris binasının inşası uğurlu və önəmli layihələrdəndir. Fondun təşəbbüsü ilə Gürcüstanın Dmanisi rayonunda yeni kompüter tədris mərkəzinin binası inşa edilib, Gürcüstanın Marneuli şəhərindəki 7 nömrəli Azərbaycan ümumtəhsil məktəbi, Tbilisidəki M.F.Axundzadə adına 73 nömrəli orta məktəb, Qardabanidəki 3 nömrəli Azərbaycan məktəbi və Dmanisidəki 2 nömrəli Azərbaycan beynəlxalq orta məktəbi əsaslı təmir olunub. 2010-cu ildə Rusiya Federasiyasının Ulyanovsk şəhərindəki 78 nömrəli orta ümumtəhsil məktəbinin binası yenidən qurulmuşdur. 2011-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanın Bolnisi rayonunun Həsən Xocalı və Cəfərli kəndlərində yeni məktəb binaları inşa edilib. Fondun Pakistanın Müzəffərabad şəhərində dağıdıcı zəlzələ nəticəsində yararsız vəziyyətə düşən məktəbi yenidən inşa etməsi, ən zəruri avadanlıqlarla təmin etməsi dünyada bir örnək kimi qəbul edilir. Heydər Əliyev Fondunun dəstəyi uzaq Asiya regionunu da əhatə etməklə təhsilə qlobal səviyyədə verdiyi əvəzsiz töhfələri təsdiqləyir. Vyetnamda inşa edilmiş ibtidai məktəbin istifadəyə verilməsi həmin regionda təhsil problemləri yaşayan yüzlərlə şagirdə ən böyük sevinc, hədiyyə olmuşdur. Bu xeyirxah missiya vyetnamlı uşaqların təhsil almaq imkanlarını əhəmiyyətli dərəcədə artırmışdır. Bu cür layihələrin gerçəkləşməsi Heydər Əliyev Fondunun milli mənafelərə əsaslanan maarifçilik xəttini uğurla davam etdirdiyini, öz xoşməramlı missiyasi ilə Azərbaycanın və bəşəriyyətin gələcəyi üçün yüksək səviyyəli, intellektual kadrların yetişdirilməsinə xidmət etdiyini göstərir".

Zəka

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31