Yunus Oğuz bu dəfə Çingiz xandan yazdı
Yunus Oğuz bu dəfə Çingiz xandan yazdı
16 Sentyabr 2019 11:20 SosialRoman yaxın günlərdə çapa veriləcək
Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun növbəti romanı artıq çapa hazırdır. "OLAYLAR" xəbər verir ki, bu barədə Yunus Oğuz özü məlumat verib. Kitabın yaxın günılərdə çapa verilməsi nəzərdə tutulub. Yazıçı bildirib ki, bu dəfəki romanı əfsanəvi sərkərdə Çingiz xana həsr olunub. "Çingiz" xan adlanan romanda tatarların və moğolların möhtəşəm tarixindən, onların dünyaya yeni düzən gətirməsindən geniş bəhs edilir.
Qeyd edək ki, Yunus Oğuz bundan əvvəl də bir çox tarixi şəxsiyyətlərimizdən bəhs edən onlarla roman yazıb. Yazıçının əsərlərinin bir çox ölkələrdə təqdimatı keçirilib, ayrı-ayrı dillərə tərcümə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31