"Sevgilisi qızına eşq elan edib" - 46 yaşlı azərbaycanlı müğənni 27 yaşlı gənclə eşq yaşayır - VİDEO

"Sevgilisi qızına eşq elan edib" - 46 yaşlı azərbaycanlı müğənni 27 yaşlı gənclə eşq yaşayır - VİDEO

46 yaşlı azərbaycanlı müğənni 27 yaşlı gənclə eşq həyatı yaşayır.
Belə bir iddia ilə jurnalist Sara Səfurə çıxış edib.
Müğənni Afət Fərmanqızının sevgilisi Hacı Roma ilə bağlı açıqlamalar verən tanınmış jurnalist daha bir müğənni barədə danışıb. O, özündən dəfələrlə kiçik şəxslə sevgili olan müğənninin adını açıqlamadan bunları deyib:  
"Şou-biznesdən bir qadından danışmaq istəyirəm. İki gün əvvəl Moskvadan mənə mesaj yazdı. Özünün 45-46 yaşı var, 27 yaşında gənc bir oğlanla sevgilidir. Bozbaş müğənnidir. Özünün də iki böyük qızı var. Elə bil ki, hind filmlərindəki sevgi yaşayırlar. Bilirsiz axırı nə oldu? Həmin oğlan onun böyük qızına eşq elan etdi, onunla sevgi yaşamaq təklif etdi. 
Şou-biznesdəki qadınlar, bir az ehtiyatlı olun. Evinizdəki qızınızı, oğlunuzu qorumağı bacarın!" 
 

BAKU.WS

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31