Macarıstan Prezidenti Kamal Abdullanı “Zabit Xaçı” ali ordeni ilə təltif edib
Macarıstan Prezidenti Kamal Abdullanı “Zabit Xaçı” ali ordeni ilə təltif edib
13 Sentyabr 2019 16:52 SosialAzərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Macarıstan və Azərbaycanın elmi-mədəni əlaqələrinin dərinləşməsindəki roluna görə "Zabit Xaçı" ali xidmət ordeni ilə təltif olunub.
Olaylar.az bildirir ki, sentyabrın 13-də ordenin təqdimatı ilə bağlı universitetdə tədbir keçirilib.
Rektor Kamal Abdulla Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyini universitetdə görməkdən məmnun olduğunu deyib, səfirin universitet heyəti və tələbələr tərəfindən hər zaman isti münasibətlə qarşılandığını qeyd edib. Rektor "Zabit Xaçı" ali ordeni ilə təltif olunmasının böyük şərəf olunduğunu söyləyib və Macarıstan Prezidentinə göstərdiyi diqqətə görə təşəkkürünü bildirib.
Səfir Viktor Sederkenyi akademik Kamal Abdullanı Macarıstan Prezidentinin sərəncamına əsasən "Zabit Xaçı" ali xidmət ordeni ilə təltif etməkdən şərəf duyduğunu söyləyib.
Sonra səfir Macarıstan Prezidenti Yanoş Aderin Sərəncamına əsasən Macarıstanın "Zabit Xaçı" ali xidmət ordenini ADU-nun rektoru Kamal Abdullaya təqdim edib.

