Nazirlik ağır qəza ilə bağlı məlumat yaydı
Nazirlik ağır qəza ilə bağlı məlumat yaydı
13 Sentyabr 2019 14:10 SosialPirallahı qəsəbəsinin girişində yük avtomobili ilə minik maşını toqquşub. Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, bir nəfər kişi aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib: "3 nəfər təcili tibbi yardım briqadasının həkimləri tərəfindən müayinə olunur. 3 nəfərdən birinin vəziyyəti ağır kimi qiymətləndirilir". Rəsmi məlumata görə, həmin şəxs təcili tibbi yardım avtomobili ilə 3 saylı Şəhər Xəstəxanasına aparıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31