Türkiyəli mütəxəssislər Xəzərin tədqiqində iştirak edə bilər
Türkiyəli mütəxəssislər Xəzərin tədqiqində iştirak edə bilər
13 Sentyabr 2019 11:47 SosialQərbi Kaspi Universitetinin Xəzər problemləri Elmi Tədqiqat İnstitutunun Elmi Tədqiqat və Ekoturizm bazasında Qərbi Kaspi Universiteti və Rəcəb Tayyib Ərdoğan Universitetinin tədqiqatçıları tərəfindən Xəzərin tədqiqi ilə bağlı işlərin aparılması nəzərdə tutulur.
Hazırda Qərbi Kaspi Universiteti "Türkiyənin qərb sahillərində makrobentik onurğasızların müxtəlifliyində mövsümi dəyişikliklər və ekoloji keyfiyyətin göstəriciləri" adlı elmi tədqiqat işində iştirak edir. Universitetin Tətbiqi və Təbiət Elmləri Məktəbinin müəllimi, biologiya üzrə fəlsəfə doktoru Elnarə Cəfərova artıq iki ildir ki, Türkiyədə - Rəcəb Tayyib Ərdoğan Universitetində aparılan beynəlxalq elmi tədqiqata qatılıb.
Olaylar.az-a verilən məlumata görə, tədqiqatda Qərbi Kaspi və Rəcəb Tayyib Ərdoğan Universitetləri ilə yanaşı Mərkəzi Balıqçılıq Elmi Tədqiqat İnstitutunun, Katib Çələbi, Egey və İstanbul Universitetlərinin mütəxəssisləri iştirak edirlər. Ötən ildən etibarən aparılan tədqiqatın bu il yekunlaşdırılması nəzərdə tutulub.