"Toy gecəsi yengə lazım deyil, orda gözləməyin nə mənası?" - Məşhur müğənni adətlərimiz barədə

Müğənni Manaf Ağayevin efirdə səsləndirdiyi fikirlər maraq doğurub.

Metbuat.az xəbər verir ki, APA TV-də yayımlanan  verilişdə tanınmış müğənni Manaf Ağayev deyib: "Toy gecəsi yengə lazım deyil. Onun çox biabırçı bir izahını verərdim... Bura efirdir, olmaz" O qeyd edib ki, bəzi toy adətlərimiz var ki, onları aradan qaldırmaq lazımdır: "Gənclər bir-birini bəyənib, sevib, evləniblər. Onları orada gözləməyin nə mənası var ki?"

Manaf Ağayev son illər boşanmaların sayının artmasından da danışıb:

"Əvvəllər evlənən yüz adamdan biri boşanardı. İndi evlənənlərin 50 faizi boşanır. Bilmirəm zəmanə dəyişib, yoxsa insanlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31