“Sağlam həyat tərzinin təşviqi” adlı beynəlxalq praktik təlim kursu başa çatır

“Sağlam həyat tərzinin təşviqi” adlı beynəlxalq praktik təlim kursu başa çatır

Sentyabrın 13-də  "Sağlam həyat tərzinin təşviqi" adlı beynəlxalq praktik təlim kursunun bağlanış mərasimi keçiriləcək.  Bu barədə məlumat "OLAYLAR"-a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən daxil olub. Bildirilib ki, 8 sentyabr tarixindən başlayaraq  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə təşkil olunmuş təlim kursu  gənc jurnalistlər, bloqerlər, aktiv sosial şəbəkə istifadəçiləri üçün nəzərdə tutulurdu.

Tədbirdə Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızstan, Moldova, Rusiya, Tacıkistan, Türkmənistan və Ukraynadan 70-ə yaxın gənc iştirak edir.

Kursun  keçirilməsində məqsəd gənc jurnalistlərin, bloqerlərin, sosial şəbəkələrin fəal istifadəçilərinin sağlam həyat tərzi problemləri ilə bağlı maarifləndirməsi, rəqəmsal mediada və sosial şəbəkələrdə sağlam həyat tərzi təbliğatının aktuallaşdırılması, həmçinin müasir texnologiyalardan və media mənbələrindən istifadə edərək bu mövzunun daha geniş auditoriya arasında davamlı yayılmasının təmin edilməsindən ibarətdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31