Zaur, Xoşqədəm, indi də Elgiz gəlir...
Zaur, Xoşqədəm, indi də Elgiz gəlir...
12 Sentyabr 2019 15:15 SosialAparıcı Elgiz Əkbər yeni mövsümdə "Səhər-səhər" verilişindən uzaqlaşacağını açıqlamışdı.
Olaylar.az xəbər verir ki, aparıcının şou aləmindən getdiyi ortaya çıxıb. Belə ki, Elgizin yeni verilişi sosial mövzudadır.
E.Əkbər rayonları gəzəcək, insanların problemləri ilə maraqlanıb, onları müzakirəyə çıxaracaq və həll yolları axtaracaq.
"Elgizlə izlə" adlanan veriliş yeni yayım mövsümündən həftəiçi hər gün efirə gedəcək.
Qeyd edək ki, "Xəzər TV"də Xoşqədəm Hidayətqızının "Səni axtarıram", ATV-də isə Zaur Baxşəliyevin "Bizimləsən" proqramları da sosial mövzudadır və bir neçə ildir yayımlanır.
axşam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31