Parlamentin komitə iclasları öz işinə başlayıb
Parlamentin komitə iclasları öz işinə başlayıb
12 Sentyabr 2019 14:35 Sosial"Milli Məclisin ayrı-ayrı komitələri öz işinə başlayıb. Belə ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin ilk payız iclası keçirilib". Bunu deyən Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlunun sözlərinə görə, komitələrin ilk iclaslarının sıralaması belədir: "Sentyabrın 13-də Milli Məclisin İnsan hüquqları komitəsinin, 17-si Mədəniyyət və Elm və təhsil komitələrinin, 18-i Səhiyyə komitəsinin, 20-si isə Aqrar komitənin iclası keçiriləcək. Bu iclaslarda Milli Məclisin payız sessiyası üçün lazım olan bütün sənədlər, layihələr müzakirə olunacaq. Daha sonra həmin komitələrdə qəbul olunan qərarlar Milli Məclisin payız sessiyasına tövsiyə olunacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31