Nailə İslamzadənin 13 illik HƏSRƏTİ SONA ÇATDI - FOTOLAR - VİDEO
12 Sentyabr 2019 13:16 Sosial13 illik fasilədən sonra Əməkdar artist, sevilən televiziya aparıcısı Nailə İslamzadə yenidən ekranlara qayıdıb.
News24.az-ın kameraları önünə keçən İslamzadə ilk təəssüratlarını bizimlə bölüşüb:
"Artıq 13 ildir "Salam, hörmətli tamaşaçılar" sözünü demirdim. Elə o an ötən günlərimə qayıtdım. Çox xoşbəxtəm. Bilsəydim bu qədər xoşbəxt olacam, daha tez qayıdardım. Sosial şəbəkələrdə yazılan yüzlərlə şərhlər onu deməyə əsas verir ki, bir televiziya aparıcısı kimi yerim görünüb. Aparıcı olaraq İctimai Televiziya mənim ikinci televiziyamdır. İTV-nin rəhbərliyi tamaşaçılara televiziyaya olan inamı qaytardı, onları yenidən ekran qarşısına toplamağı bacardı. "Ötən günlər" layihəsinin təklifi gələr-gəlməz heç düşünmədən "hə" dedim".
Qeyd edək ki, Nailə İslamzadə sentyabrın 21-dən etibarən İctimai Televiziyasında Saleh Bağırov ilə birgə "Ötən günlər" adlı layihəni aparacaq. Veriliş ölkəmizin mədəni həyatından bəhs edəcək. Burada köhnə filmlərimizdən, tamaşalarımızdan bilavasitə sənət adamlarının həyatlarından söhbət açılacaq.