Diaspor təmsilçisi azadlığa buraxıldı
Diaspor təmsilçisi azadlığa buraxıldı
12 Sentyabr 2019 12:12 SosialRusiya Azərbaycanlıları İttifaqının İdarə Heyətinin üzvü, təşkilatın Dağıstan Respublikası üzrə təmsilçisi Rakif Əzizovun oğlu Rauf Əzizov 10 ay davam edən istintaq-məhkəmə prosesindən sonra Qusar Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. "OLAYLAR" -a Rusiya Azərbaycanlıları İttifaqının mətbuat xidmətindən bildirilib ki, Rauf Əzizovun azadlığa buraxılması üçün RAİ bu aylar ərzində müvafiq tədbirlər gördü. Soydaşımızın azadlıqdan məhrum edildiyi ilk günlərdən etibarən təşkilat tərəfindən Azərbaycanın və Rusiyanın müvafiq qurumlarına məktublar və müraciətlər ünvanlanıb, məhkəmə prosesinin işıqlandırılmasına KİV mənsubları cəlb edilib. 2019 cu ilin avqust ayında isə Rusiya Azərbaycanlıları İttıfaqının prezidenti Fizuli Məmmədov və İdarə Heyətinin üzvlərinin iştirakı ilə "Rauf Əzizovun haqqlarının müdafiə komitəsi" yaradılıb. Bu müddət ərzində komitə Rauf Əzizovun azadlığa çıxması üçün müvafiq tədbirlər həyata keçirib: "Rauf Əzizovun azadlığa buraxılmasında xidməti olan soydaşlarımıza, işə ədalətli qərar verilməsində yardım etmiş dövlət qurumlarına, - Azərbaycan Respublikasının Preizdent Administrasiyasına, Diasporla İş üzrə Dövlət Komitəsinə, Ədliyyə Nazirliyinə, Qusar Rayon Məhkəməsinə təşəkkür edirik".