Heydər Əliyev Fondundan 17 min aztəminatlı və kimsəsiz uşağa HƏDİYYƏ
12 Sentyabr 2019 10:29 SosialHeydər Əliyev Fondu 17 min aztəminatlı ailənin övladına, uşaq evləri və internat məktəblərində məskunlaşan şəxslərə məktəb ləvazimatları hədiyyə edir.Publika.az xəbər verir ki, hədiyyələr bu il birinci sinfə gedən şagirdlərə verilir.Fondun sifarişi ilə Bakı və müxtəlif regionlardan olan uşaqlar üçün hazırlanan bu hədiyyə dəstləri çanta və müxtəlif məktəb ləvazimatlarından ibarətdir. Hədiyyələr sentyabrın 15-dək bölgələr üzrə bütün ünvanlara çatdırılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31