Azərbaycan dövləti fikir və söz azadlığının inkişaf etdirilməsində maraqlıdır

Azərbaycan dövləti fikir və söz azadlığının inkişaf etdirilməsində maraqlıdır

Fikir, söz, məlumat azadlığı demokratik cəmiyyətlərə xas olan xüsusiyyətlərdəndir. Sadaladığımız norma və prinsiplər mövcud olmadığı təqdirdə hər hansı bir ölkəni demokratik dövlət kimi xarakterizə etmək olmaz. Azərbaycan da yuxarıda qeyd etdiyimiz norma və prinsipləri ən yüksək səviyyədə tətbiq etdiyi və onu inkişaf etdirdiyi üçün azad, demokratik ölkə hesab edilir.

Bu da birmənalıdır ki, hər hansı bir situasiya, hadisə, proses cəmiyyətin bütün üzvləri tərəfindən  birmənalı qarşılana bilməz. Bəzən haqlı, bəzən isə haqsız, qərəzli, ədalətsiz yanaşmaların ortaya qoyulması haqlı olaraq etirazlar, təkziblər, onun mövcud reallıqla təsdiqinə xidmət edən addımın atılmasını şərtləndirir. Məsələn, ənənəvi olaraq ölkədə baş verən inkişafı görməməzlikdən gələn, bu inkişafı həzm edə bilməyən, addımbaşı onu aşağılamağa, qara yaxmağa çalışan bəlli radikal siyasi dairələr ölkədə fikir, söz, məlumat azadlığına da dil uzadır, absurdcasına bunun əksi olduğunu iddia edirlər.

Ölkədə fikir, söz, məlumat və ifadə azadlığının olduğunu, medianın inkişafına kifayət qədər diqqət ayrıldığını təsdiqləyən isə çoxlu sayda faktlar var.

Ölkədə fikir, söz və məlumat azadlığının olmadığı iddiasına əks arqument kimi rəsmi qeydiyyatdan keçmiş kütləvi informasiya vasitələrinin sayını göstərə bilərik. Ədliyyə Nazirliyinin məlumatına görə, cari ilin yanvar ayına qədər olan müddətdə dövlət qeydiyyatına alınmış kütləvi informasiya vasitələrinin sayı 5250-yə çatıb.  Burada diqqət çəkən məqam ondan ibarətdir ki, dövlət qeydiyyatından keçən kütləvi informasiya vasitələrinin sayı ildən-ilə artır. Ölkədə kütləvi informasiya vasitələrinin sayının göstəricisi, onun minlərlə olması ölkədə fikir, söz, məlumat və ifadə azadlığının mövcud olduğunun göstəricisidir. Ona görə də kiminsə Azərbaycanda fikir, söz, ifadə və məlumat azadlığının olmadığını iddia etməsi kökündən yalnışdır.

Azərbaycanda fikir, söz, ifadə və məlumat azadlığının olmadığı iddiasına qarşı digər bir əks arqument ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin tərkibi ilə bağlıdır. Belə ki, ölkədə rəsmi dövlət qeydiyyatından keçən 5 mindən artıq kütləvi informasiya vasitələri arasında iqtidarmeyilli qəzetlər, media qurumları ilə yanaşı, müxalifət mətbuatı da var və onların dərci, çapı üçün heç bir problem yaradılmır. Əksinə müxalifət mediasına belə dövlətdən, onun müvafiq strukturlarından müntəzəm olaraq yardım ayrılır. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təsis edildiyi gündən indiyə qədər istər KİV-lərin layihələrinin maliyyələşdirilməsi, istərsə də jurnalistlər arasında keçirilən fərdi yazı müsabiqələrində qalib jurnalistlər arasında hər zaman müxalifət mətbuatının nümayəndələri də olub. Hazırda da eyni tendensiya davam edir və dövlət, onun müvafiq strukturları iqtidar və ya müxalifət mediası, kütləvi inormasiya vasitələri arasında heç bir seçim etmədən, onlar arasında fərq qoymadan həmin mətbu orqanların layihələrini maliyyələşdirir, onların əməkdaşlarını təltif edir. Qeyd etdiyimiz tendensiya kütləvi informasiya vasitələrinin əməkdaşlarının sosial-mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamı əsasında inşa edilmiş yaşayış binasının media nümayəndələri arasında bölgüsü zamanı da özünü müsbət mənada göstərib. Yəni, jurnalistlər üçün tikilmiş yaşayış binasında iqtidar mediası, müstəqil mətbuat nümayəndələri ilə yanaşı, müxalif düşərgəyə aid olan kütləvi informasiya vasitələrinin nümayəndələri də yeni-yeni mənzillərə sahib olublar. Bütün bunlar da öz növbəsində Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığının ən yüksək səviyyədə təmin edildiyinin göstəricisidir.

Burada haşiyədən kənara çıxıb bir məqama diqqət çəkmək lazımdır. Belə ki, yuxarıda adını qeyd etdiyimiz Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə 2009-cu ildə yaradılıb. Bundan əvvəl isə dövlət başçısı tərəfindən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına dair Konsepsiya təsdiq edilmişdi. Demək olar ki, dünyada anoloqu olmayan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılan gündən etibarən ölkədə medianın, qəzet və jurnalların inkişafında yeni bir mərhələ başladı. Zaman-zaman fondun elan etdiyi layihələrdən müxtəlif istiqamətlərdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin yararlanması bir tərəfdən dövlətin, mövcud iqtidarın ölkədə medianın, mətbuatın inkişafına nə dərəcədə maraqlı olduğu, bu sahəyə xüsusi həssaslıqla yanaşdığının göstəricisi idisə, digər tərəfdən azad media, fikir, söz, məıumat və ifadə azadlığının inkişaf etməsində maraqlı olduğunun təsdiqi idi. Çünki Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə ciddi şəkildə təsir göstərdi. Digər tərəfdən qəzetlərin, ayrı-ayrı mətbu qurumların dövlətin müvafiq strukturu tərəfindən maliyyələşdirilməsi onların dövlətdən asılılığına yol açmadı, həmin mətbu orqanların müstəqilliyini əlindən almadı. Dövlətdən, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan maliyyə yardımı alan hər hansı bir nəşr, qəzet və ya jurnal qarşısında hansısa öhdəlik qoyulmadı. Onlardan hər hansı mövzuya toxunmamaq, sırf hakimiyyətin mövqeyindəb çıxış etmək kimi tələb edilmədi. Əksinə dövlətin qəzetlərə maliyyə yardımı ayrıması, onların maddi-texniki bazasının gücləndirilməsi kütləvi informasiya vasitələrinin əməkdaşlarının daha məhsuldar və operativ işləməsi üçün stimul yaratdı. Nəticə etibarilə cəmiyyəti narahat edən bəzi sosial problemlər, hətta məmur özbaşınalığı kimi məsələlər qəzet və jurnal səhifələrində əksini tapdı. Burada xüsusi diqqət çəkən məqam ondan ibarətdir ki, dövlət özü də cəmiyyətdə mövcud olan hər hansı bir problemin ictimailəşməsi, onun media vasitəsilə gündəmə gətirilməsində olduqca maraqlıdır. Təsəvvür edin ki, hətta dövlət başçısı səviyyəsində bu açıq-aşkar etiraf edilir. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev jurnalistlər üçün inşa edilmiş ikinci yaşayış binasının açılış mərasimində çıxışı zamanı bunu aydın şəkildə ifadə etmiş, hətta mətbuat işçiləri, jurnalistləri bu baxımdan özünün yaxın köməkçisi kimi dəyərləndirmişdi. Dövlət başçısı sözügedən mərasimdə çıxışı zamanı bildirmişdi ki, jurnalistlər fəaliyyətləri ilə inkişafa öz töhfələrini verirlər: "Cəmiyyəti incidən, narahat edən problemləri üzə çıxarırlar. Sizə deyə bilərəm ki, mən bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edirəm. Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir. Yəni, əlbəttə ki, mənə həm xarici, həm daxili siyasətlə, həm də təhlükəsizlik məsələləri ilə bağlı əsas məsələlər məruzə edilir. İnsanları narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz".

Elə dövlət başçısının qeyd etdiyimiz tədbirdə çıxışı zamanı söylədiyi fikirlər də bir daha onu deməyə əsas verir ki, Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığı mövcuddur, onun daha da məhkəmlənməsi, inkişaf etməsində kütləvi informasiya vasitələri qədər dövlətin özü də, xüsusilə dövlət başçısı Cənab İlham Əliyev də maraqlıdır. Elə Cənab Prezident İlham Əliyev də yuxarıda qeyd etdiyimiz tədbirdə çıxışı zamanı açıq şəkildə bunu ifadə etdi və bundan sonra da ölkədə azad, müstəqil medianın mövcud olması, fikir, söz, ifadə və məlumat azadlığının inkişaf etdirilməsi istiqamətində davamlı addımlar atılacağını bildirdi, bu sahəyə diqqət və qayğısının davamlı xarakter alacağını vurğuladı: "Söz azadlığı Azərbaycanda tam təmin edilibdir, heç bir məhdudiyyət yoxdur. Mənə verilən son məlumata görə, Azərbaycan əhalisinin təxminən 80 faizi internet istifadəçisidir. Belə olan halda söz azadlığı ilə bağlı heç bir problem ola bilməz. Düzdür, bəzi hallarda bizi bəzi qeyri-hökumət təşkilatları tənqid edir, hətta ittiham edirlər. Amma bu ittihamların heç bir əsası yoxdur. Bu, sadəcə olaraq qərəzli mövqedir. Bunun səbəbi də bəllidir. Amma real vəziyyətə baxdıqda biz hamımız görürük ki, Azərbaycanda söz azadlığı və bütün başqa azadlıqlar tam təmin olunur. Sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı, vicdan azadlığı, söz azadlığı, mətbuat azadlığı Azərbaycanda təmin olunur və təmin olunacaqdır".

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31