Mahir Emrelinin evindən 60 min manatlıq oğurluq olub
Mahir Emrelinin evindən 60 min manatlıq oğurluq olub
11 Sentyabr 2019 16:16 SosialAzərbaycan yığmasının və "Qarabağ" klubunun futbolçusu Mahir Emrelinin mənzili qarət olunub.
"Report"un əldə etdiyi məlumata görə, məşhur futbolçunun Sulutəpədə qəsəbəsində yerləşən evindən 20 min dollar, 17 min manat, mobil telefonlar və 5 min manatlıq qızıl əşyaları (ümumiilikdə 60 min manatlıq) oğurlanıb.
Məlum olub ki, oğurluq edən şəxs (yaxud şəxslər) mənzilə pəncərədən daxil olublar.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31